3D-ARTDENT

Elayner sistemi nədir?

Sizə günümüzün muasir tibbi texnologiyalardan olan dental elaynerlə diş sırası əyriliklərinin mualicəsi metodunu dəqdim edirik. Bu Metod 1998-ci ildə ABŞ-da kəşv edilsə də zamanla təkmilləşdirilərək Avropada da geniş tətbiq olunmaqdadır.  Elaynerlərlə ortodontik mualicəyə heç bir əlavə kursa qatilmadan sadəcə növbəti xəstəniz üçün kappalarımızı safariş etməklə başlaya bilərsiniz.

Ortodontik elaynerlər nədir?
Diş ağardılmasında istifadə olunan kappaya bənzəyən ortodontik kappalar fərdi olaraq çənə ölçüləri əsasında 3D texnologiya ilə şəffaf və elastik materialdan bir neçə “nüsxə”də hazırlanır və pasiyent tərəfindən ardicil əvəzlənməklə gün ərzində 21-22 saat müddətində dişlərin üzərində qalır. Beləliklə dişlərə göstərilən təzyiq tədricən onların arzuolunan istiqamətdə “yerdəyişmə”sinə səbəb olur.Kappaların köməyi ilə bir çox ortodontik patologiyalar aradan qaldırıla bilir:

  • Diastema və Trema
  • Düzgün olmayan dişləm
  • Yer darlığı səbəbindən yaranan diş əyrilikləri
  • Orta xəttin əyriliyi

Breketlərlə müqayisədə elaynerlərin üstünlükləri nədədir?

Şəffaf kappalar ortodontiyanin ən müasir alətidir. Az sayda istisnalar olmaqla ortodontik kappalar mualicədə klassik breketlər qədər funksional və effektivdir. Prosesin sadəliyi həm həkim həm də pasiyentlərə bir çox üstünlüklər verir.
Breketlerin yapişdırılması və müalicə dövründə dişlərə qulluq kifayət qədər çətin prosesdir. Üstəlik ən müasir estetik breket sistemləri belə pasiyentlərdə görüntü kompleksi səbəb olur. Bunun əksinə olaraq Kappalar agizda nəzərə çarpmır və vizual olaraq parıltı effekti yaradir.

Həkimlər üçün üstünlüklər

TAM DİGİTAL PROSES

Həkimlər onlayn portalımızda asanlıqla qeydiyyatdan keçerək pasiyentə aid bütün məlumatları elektron formada bize göndərə bilərlər

CƏLBEDİCİ QİYMƏTLƏR

Bizim ədalətli və şəffaf qiymət strategiyamız var. Sabit qiymətə daxildir: Korreksiya üçün bütün əlavə elaynerlər, saxlama kappalrı və itirildikdə pulsuz elayner təminatı.

PULSUZ 3D SİMULASYON

1 həftə ərzində 3D simulyasiya, müalicə planı və İPR təlimatları daxil olmaqla müalicə planını tamamilə pulsuz və heç bir öhdəlik olmadan sizə təqdim edirik.

EXPRESS İSTEHSAL

10 iş günü ərzində elaynerləri sizə təqdim etməyə zəmanət veririk. Adətən bizim şəffaf elaynerlər 5 gün ərzində göndərilməyə hazır olur.

PROFESSİONAL PLANLAMA VƏ İSTEHSAL

Planlaşdırma və elaynerlərin düzəldilmə prosesinin hər bir mərhələsində yalnız ixtisaslı mütəxəssislərlə (təcrübəli texnik və stomatoloqlar) işləyirik.

PULSUZ TƏLİM

Başlanğıcda sizə pulsuz təlimlər veriləcək. Həkimlərin suallarını fərdi şəkildə cavablandırılacaq və 3D-Artdent sistemini addım-addım izah ediləcək.

Fərqli Klinik Hallar

Hansı halın olmasının fərqi yoxdur, biz hər zaman sizə həll təklif edirik

Spaces

Open Bite

Misaligned Teeth

Crowding

Crossbite